Gürcüstan parlamenti ölkənin Avropa İttifaqına inteqrasiyası ilə bağlı qətnamə qəbul edib

Gürcüstan parlamenti “Gürcü arzusu”nun təqdim etdiyi Aİ-yə
inteqrasiya ilə bağlı qətnamə layihəsini yekdilliklə
təsdiqləyib.

AzerTimes-ın
məlumatına görə, xüsusilə, 116 deputat qeydiyyatdan keçib, 111
deputat qətnamənin lehinə səs verib, onlardan heç biri əleyhinə
olmayıb.

Aİ-yə inteqrasiya üçün “Gürcü Arzusu”nun təqdim etdiyi qətnamədə
Gürcüstanın icra hakimiyyətini ölkəni Aİ-yə üzvlüyünə lazimi
qaydada hazırlamaq məqsədilə Gürcüstanın Avropa İttifaqına
inteqrasiyası və Gürcüstan-Aİ Assosiasiyası Sazişinin həyata
keçirilməsi istiqamətində səylərini gücləndirməyə çağırış
edilib.

Eyni zamanda, Aİ-yə üzv dövlətləri və Aİ təsisatları Aİ
Müqaviləsinin 49-cu maddəsinə uyğun olaraq Gürcüstanın Aİ-yə daxil
olmasını sürətləndirmək üçün bütün lazımi addımları atmağa
çağırırlar.