Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti kimyəvi, bioloji, radiasiya və ya nüvə təhlükəsi zamanı 2024-2026-cı illər üçün milli planı təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin DTX-sı məlumat yayıb.
“Şura üzvləri kimyəvi, bioloji, radiasiya və nüvə təhlükələrinin azaldılması üzrə milli strategiya və müvafiq tədbirlər planı çərçivəsində 2023-cü ildə görülmüş işlər və əldə edilmiş nəticələrlə bağlı məruzələrini təqdim ediblər. Təhlükələrin Azaldılması üzrə 2024-2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib”, – məlumatda qeyd olunub.