Gürcüstanın yaxın gələcəkdə NATO-ya daxil olması real deyil.
AzerTimes xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müşaviri, Rusiya ilə münasibətlərin nizamlanması üzrə keçmiş xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.
“NATO-ya üzvlük qısamüddətli perspektivdə qeyri-realdır. Bu, tamamilə aydındır, elə deyilmi?” – deyə o, “İmedi” telekanalının efirində bildirib.