Gürcüstan NATO-nun Madriddə keçiriləcək sammitinə dəvət olunacaq

Gürcüstan NATO-nun güclü potensiala malik tərəfdaşıdır və onun
nümayəndələri alyansın Madriddə keçiriləcək sammitinə dəvət
olunacaqlar.

AzerTimes-ın
məlumatına görə, bu barədə NATO baş katibinin müavini Mirça Coane
deyib.

“Biz uzun illərdir onlarla birlikdə işləyirik və bildiyimə görə,
Madriddə keçiriləcək NATO sammitinə Gürcüstan rəhbərliyi dəvət
olunacaq. NATO üçün açıq qapı siyasəti mühüm olaraq qalır. Deyə
bilərəm ki, Gürcüstan çox vacib tərəfdaşdır, Qara dəniz çox vacib
olduğuna çevrilir”, – deyə M.Coane bildirib.