Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 30-da keçirilmiş təkrar seçkilərdə Tbilisi üzrə yekun nəticələri açıqlayıb.
Trend xəbər verir ki, paytaxt Tbilisi üzrə yaradılmış 769 seçki məntəqəsinin 769-da da səslər hesablanıb.
Hakim “Gürcü Arzusu” partiyasının namizədi Kaxa Kaladze 55,603 faiz (258 740 səs) səs toplayaraq, Tbilisinin meri seçilib.
Onun rəqibi – müxalif “Vahid Milli Hərəkat” partiyasının namizədi Nika Meliya isə 44,397 faiz (206 598 səs) səs toplayıb.