Gürcüstan MSK “qara boyadan” təmizləndi – Son nəticə

Gürcüstan MSK “qara boyadan” təmizləndi – Son nəticə

Gürcüstan Mərkəzi Seçki Komissiya qısa fasilədən sonra öz işinə davam edib.

AzerTimes xəbər verir ki, MSK-nın sədri Georgi Kalandarişvili yekun sənədi imzalayıb.

Yekun nəticəsəyə görə 150 yerlik parlamentdə partiyaların təmsilçiliyi belədir:

– Gürcü Arzusu 53,93% səs, 89 mandat;

– Dəyişiklik Koalisiyası – 11,03% səs, 19 mandat;

– “Birlik – Milli Hərəkat” – 10,17% səs, 16 mandat;

– “Güclü Gürcüstan” – 8,81% səs, 14 mandat;

– “Gürcüstan üçün Qaxariya” – 7,78% səs, 12 mandat.

Qeyd edək ki, iclas başlayarkən komissiyanın müxalifətçi üzvü, Milli Hərəkatın nümayəndəsi David Kirtadze Mərkəzi Seçki Komissiyasının sədri Georgi Kalandarişvilinin üzərinə qara boya tökmüş və dava düşmüşdü. Boyanın sədarətin oturduğu masadan təmizlənməsi və Kalandarişvilinin paltarını dəyişməsi üçün iclasda fasilə elan edilmişdi.

Teqlər: