Bu gün Avro-2024-ün pley-off mərhələsində ilk oyunu keçirilib.
AzerTimes xəbər verir ki, Gürcüstan millisi Millətlər Liqası xəttindən final mərhələsinə vəsiqə qazanıb. Gürcü futbolçular doğma meydanda Lüksemburqa 2:0 hesabı ilə qalib gəliblər. Hər iki qolu Budu Zivzivadze vurub.
Gürcüstan millisi finalda C Liqasının digər cütü – Yunanıstan – Qazaxıstan oyunun qalibi ilə üz-üzə gələcək. Finalda qalib gələcək komanda Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.