Gürcüstanın kəşfiyyat xidmətinin rəhbəri Şalva Lomidze tutduğu vəzifədən azad edilib.
AzerTimes xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edilir ki, Şalva Lomidze 2021-ci ildən bu vəzifəni icra edir. 2014-2020-ci illərdə kəşfiyyat xidməti rəhbərinin birinci müavini olub.