Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin cütləri müəyyənləşib.
AzerTimes xəbər verir ki, F qrupunda III turun oyunlarından sonra pley-offda üz-üzə gələcək komandaların adına aydınlıq gəlib.
1/8 final cütləri:
Almaniya – Danimarka
Fransa – Belçika
İsveçrə – İtaliya
İspaniya – Gürcüstan
Portuqaliya – Sloveniya
Rumıniya – Niderland
Avstriya – Türkiyə
İngiltərə – Slovakiya
Qeyd edək ki, bu raundun qarşılaşmaları 29 iyun – 2 iyulda olacaq. Avro-2024 iyulun 14-də başa çatacaq.