Gürcüstan icazə verdi: Moskvadan uçuşlar başlayır

Gürcüstan icazə verdi: Moskvadan uçuşlar başlayır

Gürcüstan Mülki Aviasiya Agentliyi Rusiyanın “Azimut” Hava Yolları şirkətinə iki ölkə arasında uçuşlar həyata keçirməyə icazə verib.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, “Azimut” Hava Yolları şirkətinin müraciəti agentlik tərəfindən ətraflı araşdırılıb və məlum olub ki, “Azimut” Avropa Birliyinin qara siyahısında deyil və ona qarşı sanksiya tətbiq edilmir.

“Azimut” aviaşirkətinin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi uçuş ərizəsinə uyğun olaraq, Moskva-Tiflis-Moskva hava xətti ilə uçuşlar həyata keçirməyə icazə verilib.

Şirkət mayın 17-dən başlayaraq Moskva-Tiflis-Moskva istiqamətində uçuşlar həyata keçirəcək.

Teqlər: