Gürcüstan hökumətindən Saakaşvili ilə bağlı qərar

Gürcüstan hökumətindən Saakaşvili ilə bağlı qərar

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşviliyə əcnəbi ekspertlər baxış keçirərək onun səhhətini dəyərləndirəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Gürcüstan Səhiyyə Nazirliyi müvafiq icazəni verib.

Əcnəbi ekspertlər “Empatiya” mərkəzinin mütəxəssisləri ilə birgə müayinədən sonra Saakaşvilinin səhhəti ilə bağlı yekun rəy verəcəklər.

Qeyd edək ki, xaricdən ekspertlərin dəvəti eks-prezidentin vəkillərinin təşəbbüsü ilə baş tutub.

Teqlər: