Gürcüstan prezidenti Salome Zurabişvili xarici səfərlərlə bağlı
konstitusiyada nəzərdə tutulan prinsipləri bir neçə dəfə pozub.
Trend-in
məlumatına görə, bu barədə hakim “Gürcü arzusu – Demokratik
Gürcüstan” partiyasının bəyanatında deyilir.
Qeyd olunur ki, bununla əlaqədar hökumət yaxın zamanlarda
Konstitusiya məhkəməsinə müraciət edəcək.
Bəyanatda bildirilir ki, prezident S.Zurabişvili Nazirlər
Kabineti ilə razılaşdırmadan xarici səfərlər həyata keçirib, eyni
zamanda hökumətin təqdimatı ilə bir sıra səfirləri təyin etməkdən
imtina edib.
Hakim partiyanın parlament fraksiyasının rəhbəri Mamuka
Mdinaradze isə prezident barəsində impiçment proseduruna başlamaq
niyyətində olmadıqlarını bildirib.