Gürcüstan Ermənistandan bu məhsulun idxalını qadağan etdi

Gürcüstan Ermənistandan bu məhsulun idxalını qadağan etdi

Gürcüstan zərərli həşəratlarla yoluxma səbəbindən Ermənistandan iri həcmdə çiçək dəstəsi idxalına qadağa qoyub.

AzerTimes Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumata görə, “Sadahlo” nəzarət-buraxılış məntəqəsində 10 min çiçəkdən ibarət yük saxlanılıb.

Fitosanitar yoxlaması zamanı müəyyən edilmiş tələblərə uyğunsuzluq aşkar edilib, bu səbəbdən yükün idxalına icazə verilməyib. Yük Ermənistana qaytarılıb.

Teqlər: