Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqazda dayanıqlı sülh və inkişaf üçün vacibdir.
Trend-in məlumatına görə, bunu ATƏT-in hazırkı sədri Ann Linde təhlükəsizlik məsələləri üzrə illik konfransda deyib.
O qeyd edib ki, 2020-ci ildə əldə olunmuş atəşkəs ikinci Ermənistan-Azərbaycan Qarabağ müharibəsinə son qoyub və ATƏT regionda öz səylərini bərpa etmək üçün məqamdan istifadə etməlidir.
A.Linde qeyd edib ki, qalan problemlərin uzunmüddətli həllini tapmaq çox vacibdir.
Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlığın vacibliyini vurğulayan sədr bildirib ki, əməkdaşlıq məsələləri infrastruktur, rabitə və ətraf mühit kimi sahələri əhatə edə bilər: “Mənim Xüsusi nümayəndəm hər üç ölkə ilə əməkdaşlıq edir və biz tərəflərin konstruktiv yanaşmasını qiymətləndiririk”.
(Tərcümə: Orxan Nəbiyev)