Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verdi

Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verdi

Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib.

AzerTimes xarici mediaya istinadən xəbər verir ki, zəlzənin episentri Ermənistanın Şirak vilayətinin Bavra kəndindən 17 km şimal-şərqdə, ocağı isə 25,84 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Sarağyuğ, Bavra, Tavşut, Qazançı və Aşotsk, Lori vilayətinin Sarçapet və Paxxbyur kəndlərində də hiss olunub.

Zəlzələ episentrdə 4-5 bala qədər hiss olunub.

Bundan əlavə, Gürcüstanın cənub-şərqində 11 dəqiqə fərqlə iki ardıcıl zəlzələnin baş verdiyi bildirilib.

4 bal gücündə yeraltı təkanlar Dmanisi (Başkeçid) şəhərindən 26 km aralıda yerləşən Sameba kəndi yaxınlığında qeydə alınıb.

Teqlər: