Gürcüstan-Ermənistan sərhədində tıxac yarandı

Gürcüstan-Ermənistan sərhədində tıxac yarandı

Gürcüstandan Ermənistana gedən avtomobil yolunda, “Baqrataşen” sərhəd-keçid məntəqəsi yaxınlığında təxminən 5 kilometr uzunluğunda tıxac yaranıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, tıxacın əsas səbəbi dekabrın 30-31-də Yeni il bayramı ilə əlaqədar Gürcüstana səfər etmiş vətəndaşların geri qayıtmasıdır.

Hazırda sərhəd keçidində avtomobillərin gözləmə müddəti təxminən 3 saata çatır.

Teqlər: