Gürcüstan-Ermənistan sərhədindəki Bavra gömrük məntəqəsi 9 sentyabr tarixində bağlı olacaq.
AzerTimes xəbər verir ki, Gürcüstan hökumətinin məlumatında deyilir.
Qeyd olunur ki, bu, Ninotsmindada yeni gömrük-keçid məntəqəsinin tikintisinin başa çatdırılması ilə bağlıdır.
Qeyd edək ki, Gürcüstan-Ermənistan sərhədinin uzunluğu 224 kilometrdir, burada dörd gömrük keçid məntəqəsi var.