Gürcüstan da ordunu gücləndirir: xeyli silah alındı

Gürcüstan da ordunu gücləndirir: xeyli silah alındı

Gürcüstan ölkənin müdafiə qabiliyyətini artırmaq üçün xarici ölkələrdən xeyli silah alıb.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze məlumat verib.

Nazir qeyd edib ki, Gürcüstan ölkənin müdafiə qabiliyyətinin artırılması və silahlanma istiqamətində çox uğurlu addımlar atıb. Cari ildə bununla əlaqədar çox vacib müqavilələr imzalanıb. Artıq silah alınması ilə bağlı İspaniya, Polşa, İsveç şirkətləri ilə müqavilələr imzalanıb. Bu işlər bundan sonra da davam etdiriləcək.

Teqlər: