Gürcüstan vətəndaşlarının əksəriyyəti Rusiyanı ölkənin əsas düşməni hesab edir.
AzerTimes xəbər verir ki, bu barədə Qafqaz Araşdırmaları Resurs Mərkəzinin apardığı “Qafqaz Barometri 2024” tədqiqatının nəticələrində deyilir.
Respondentlərin 69%-i Rusiyanı Gürcüstanın əsas düşməni adlandırıb. 2021-ci ildə analoji araşdırmada bu, 66% idi.
“Hazırda Gürcüstanın əsas dostu hansı ölkədir?” sualına cavablar isə belə olub:
ABŞ – 24%
Azərbaycan – 8%
Ukrayna – 7%
Türkiyə – 4%
Almaniya – 4%
Ermənistan – 2%
Rusiya – 2%
Fransa – 2%
İsrail – 1%
Çin – 1%.