Avropa Birliyi Moldova və Gürcüstanın Dnestryanı, Abxaziya və Cənubi Osetiya əraziləri olmadan quruma qismən qəbulu imkanlarını nəzərdən keçirə bilər.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib.
“Gürcüstan və Moldovanın Avropa gələcəyi münaqişələrin girovuna çevrilə bilməz. Bu, AB-nin ən yüksək səviyyəsində təsdiqlənib”, – Stano bildirib.