Gürcüstan Bakı-Supsa kəmərini bərpa etməyə çağırdı

Gürcüstan Bakı-Supsa kəmərini bərpa etməyə çağırdı

Gürcüstan 2024-cü ildə Bakı-Supsa marşrutu üzrə neftin daşınmasının bərpa edilməsini gözləyir.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib.

“Neft kəmərindən istifadə ilə bağlı Azərbaycanın mövqeyi çox vacibdir. Çünki bu kəmər 1999-cu ilin yazından Bakı nefti üçün fəaliyyət göstərir. İndi Qazaxıstan neftinin oradan daşınması müzakirə olunur, məncə, əsas məsələlərdə razılaşacağıq və Qazaxıstan neftinin nəqlinə bu il başlanılacaq. Gələcəkdə ildə bir milyon tondan çox neft emal edə bilərik”, – o bildirib.

Qeyd edək ki, Azərbaycan da Bakı-Supsa marşrutu üzrə neftin nəqlinin bərpasının bu il başlama ehtimalını təsdiqləyib. Bu neft kəməri ildə 5 milyon tona qədər yanacaq nəql edə bilər.

Xatırladaq ki, sözügedən kəmərlə müntəzəm yanacağın tədarükü 2022-ci ildə dayandırılıb.

Teqlər: