Gürcüstan Azərbaycandan təbii qaz tədarükünə sadiqdir – Nazir

Gürcüstan əvvəlki kimi Azərbaycandan təbii qaz tədarükünə
sadiqdir.

AzerTimes-ın Gürcüstan KİV-lərinə istinadən məlumatına görə, bunu
ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili
deyib.

Onun sözlərinə görə, Gürcüstan təbii qaz tədarükü şərtlərinin
pisləşməsi və ya qiymətlərin qeyri-stabilliyini gözləmir.

“Biz tərəfdaşlarımızla uzunmüddətli perspektivdə əməkdaşlığa
ümid edirik. Gürcüstan özünün başlıca tədarükçüsü olan Azərbaycana
hörmətlə yanaşır və əvvəlki kimi uzunmüddətli, sabit müqavilələrə
sadiqdir”, – deyə nazir bildirib.

Nazir əlavə edib ki, Gürcüstanla Azərbaycanın əməkdaşlığı
uzunmüddətli və strateji olacaq.

“Hesab edirik ki, iki dost ölkə arasında düzgün ünsiyyət
təqdirində biz Gürcüstana təbii qaz tədarüklərini problemsiz təmin
edə biləcəyik”, – L.Davitaşvili deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: