Gürcüstan Azərbaycan və Ermənistanla üçtərəfli dialoqun keçirilməsi üçün platforma olmağa hazırdır.
Trend-in məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani ATƏT üzv ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı deyib.
Onun sözlərinə görə, dünya ictimaiyyəti Cənubi Qafqazda uzunmüddətli sülhün qurulmasında maraqlıdır.
“Bu baxımdan, biz Azərbaycan, Gürcüstan və Ermənistanın aktual məsələləri müzakirə edəcəyi və müxtəlif səviyyədə görüşlər keçirə biləcəyi üçtərəfli dialoq platforması təşəbbüsünü təqdim etmişik”, – deyə D.Zalkaliani bildirib.
(Tərcümə: Orxan Nəbiyev)