Gürcüstan – Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası müzakirə olunur

Xəbər - Tamilla Məmmədova – Trend:

Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası məsələsi müzakirə olunur.

AzerTimes bu barədə “Gürcüstan Dəmir Yolları” idarəsinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə qatar reysləri Azərbaycanın quru sərhədlərinin açılmasından sonra işə düşəcək.


Qeyd edək ki, həmnin marşrut üzrə reyslər koronavirus pandemiyası ilə əlaqədar ötən ilin martından dayandırılmışdı.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: