Gürcülər ölkənin siyasi və iqtisadi partnyoru olaraq AB, ABŞ, Ukrayna və Türkiyəni görürlər, ən böyük təhlükəni isə Rusiyadan gözləyirlər.
AzerTimes xəbər verir ki, bu nəticə Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğuda ortaya çıxıb.
Sorğuda iştirak edənlərin 89%-i Rusiyanı xarici düşmən hesab edib.
AB-ni 51% siyasi, 48% iqtisadi partnyor hesab edib, Türkiyə üçün isə bu rəqəm 16% və 28%-dir.
Gürcülərin 14%-i Azərbaycanı siyasi, 18%-i iqtisadi partnyor saydığını bildirib. Ermənistan üçünsə bu rəqəmlər 6% və 5%-dir.