Gürcüstan vətəndaşlarının 69,8 faizi “Gürcü arzusu” hakimiyyətinin Ukraynadakı böhrandan dolayı Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmama qərarını düzgün hesab edir.
AzerTimes xəbər verir ki, bu barədə GORBI Beynəlxalq İctimai Rəy və Biznes Mərkəzinin 2-7 iyun tarixlərində apardığı sorğunun nəticələrində deyilir.
Məlumata görə, respondentlərin 27,1 faizi hakimiyyətin indiki siyasi addımı ilə razı deyil, 3,1 faizi isə suala cavab verə bilməyib.
Bundan əlavə, sorğuda iştirak edənlərin 77,6 faizi də “Gürcü arzusu”nun ölkəni Rusiya-Ukrayna konfliktinə cəlb etməməsi siyasəti ilə razıdır. Belə ki, 20,8 faiz isə rəsmi Tiflisin bu mövqeyinə mənfi yanaşır, 1,6 faiz isə mövqeyini müəyyən edə bilməyib.