Gürcüstanın Rustavi və Ermənistanın İcevan şəhərlərinin merləri dostluq memorandumu imzalayıblar.
AzerTimes xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb.
Sənədi Rustavi meri Nino Latsabidze və İcevan meri Artur Çaqaryan imzalayıb.
Mərasimdə iştirak etmək və danışıqlar aparmaq üçün erməni nümayəndə heyəti Gürcüstana gedib.