Gürcü spiker avropalı rəsmilərlə görüşdən imtina etdi

Gürcü spiker avropalı rəsmilərlə görüşdən imtina etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tiflisdə avropalı rəsmilərlə görüşməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

“Mən onlara dedim ki, indi səfər üçün yaxşı vaxt deyil, çünki “Xarici agentlər haqqında” qanun layihəsinin üçüncü oxunuşu olacaq və hər halda bu, əsaslı söhbət üçün münasib zaman deyil. Təəssüf ki, onlar mənim tövsiyələrimi nəzərə almadılar”, – deyə Papuaşvili bildirib.

Qeyd edək ki, mayın 13-14-də Almaniya, Polşa, Çexiya və Baltikyanı ölkələrin parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin sədrləri Tiflisə gələcəklər.

Teqlər: