Gürcü nazir açıqladı: Bakı və İrəvan arasında…

Gürcü nazir açıqladı: Bakı və İrəvan arasında…

Gürcüstan hökumətinin başlıca məqsədi sülh və sabitliyin, yaxşı qonşuluq münasibətlərinin və regionun iqtisadi inkişafının təşviq edilməsidir. Gürcüstanın xarici siyasəti isə qonşu ölkələrə münasibətdə balanslaşdırılmış tərəfdaşlıq əlaqələrini və qarşılıqlı faydalı, praktiki əməkdaşlığı inkişaf etdirməkdir.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ölkə parlamentində çıxışı zamanı söyləyib.

Azərbaycan-Ermənistan münasibətlərinə toxunan nazir deyib ki, Gürcüstan “Dinc Qonşuluq Təşəbbüsü” çərçivəsində iki qonşu ölkə arasında konstruktiv dialoq istiqamətində effektiv addımlar atıb.

“Biz regionda sülh və sabitliyin təmin edilməsində iştirakımızı davam etdirməyə hazırıq”, – deyə Darçiaşvili vurğulayıb.

Teqlər: