Gürcü müxalifəti “yetim qala” bilər – Danielyan

Gürcü müxalifəti “yetim qala” bilər – Danielyan

Gürcüstanda qeyri-sabit vəziyyət ABŞ seçkilərinə qədər davam edəcək.

AzerTimes xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan qeyd edib.

“Donald Trampın Avropadakı dəstəkçisi Orbandır ki, o, hələ Gürcüstanda seçkilərin nəticələri rəsmi açıqlanmadan öncə Gürcü Arzusunu qələbə münasibətilə təbrik etdi. Tramp ABŞ seçkisində qalib gəlsə, gürcü müxalifəti yetim qalacaq, əks halda, qeyri-sabitlik davam edəcək”, – o bildirib.

Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası 54,2% səslə qalib gəlib. Müxalifət seçkinin nəticəsini tanımadığını elan edib və etiraz aksiyalarına qərar verib.

ABŞ-da prezident seçkisi 5 noyabrda keçiriləcək.

Teqlər: