Gürcü müğənnilər Şuşada Azərbaycan mahnılarını oxudular (VİDEO)

Şuşa. Trend:

Gürcüstanlı mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və
blogerlərin Şuşaya səfəri başa çatıb.

AzerTimes-ın məlumatına görə,
qonaqlar şəhərin mərkəzi meydanında, Şuşa qalasında, Cıdır düzündə
olublar. Bundan başqa Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün ev
muzeyini ziyarət ediblər.

Gürcüstanlı opera müğənnisi Jakeli Lamze Şuşa qalasının
qarşısında sözləri Aslan Abdullayevə, musiqisi Elza İbrahimovaya
məxsus “Ey Vətən” mahnısını səsləndirib. Şəhərin küçələrini gəzən
müğənni Veriko Turaşvili “Sarı gəlin” mahnısını ifa edib. Müğənni
Dmitri Kisişvili isə qızı Eli Kisişvili ilə birlikdə Şuşada “Cücələrim” mahnısını oxuyublar.

Qeyd edək ki, dünən gürcüstanlı qonaqlar Cəbrayıl və Füzuli
rayonu ərazisində minaların təmizlənməsi prosesini izləyiblər.
Sabah isə onlar Ağdamda olacaqlar.

Teqlər: