Gürcüstanda cərrah Rostom Şvelidze mürəkkəb əməliyyat keçirərkən ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Bildirilib ki, Şvelidze Zestafon bələdiyyəsinin Tsiplavake kəndindən olan, qonşusu ilə mübahisə zəminində ov tüfəngi ilə yaralanan gəncin həyatını xilas etməyə çalışıb. Əməliyyat 8 saat davam edib.
Əməliyyat zamanı həkimin vəziyyəti pisləşib, buna baxmayaraq, o, gəncin həyatını xilas etmək üçün mübarizəsini dayandırmayıb. Nəticədə həkim əməliyyatı apararkən dünyasını dəyişib.
Məlumata görə, həkim dünyasını dəyişdikdən sonra xəstəni də xilas etmək mümkün olmayıb.