Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə ilkin nəticələr açıqlanıb.
AzerTimes-ın məlumatına görə, ilkin nəticələri Gürcüstan Mərkəzi Seçki Komissiyası təqdim edib.
Seçki məntəqələrinin 38,63 faizinin səslərinin hesablanmasından sonra, ölkənin hakim “Gürcü arzusu” partiyası 48,56 faiz, Vahid Milli Hərəkat Partiyası isə 31,23 faiz səs toplayıb.
Tbilisi şəhərinin meri vəzifəsinə seçkilərdə hakim partiyanın nümayəndəsi Kaxa Kaladze 45,5 faiz, müxalifətçi Nika Meliya 34,13 faiz, sabiq baş nazir Qeorqi Qaxariya isə 8,97 faiz səs toplayıb. Seçki məntəqələrinin 41,61 faizinin səsləri hesablanıb.
Bütüb məntəqələrin səslərinin hesablanmasından sonra 50 faizi keçən namizəd olmazsa, iki ən çox səs toplayan namizədin iştirakı ilə ikinci tur keçiriləcək.