Günün fotosu: Bakı-Füzuli reysinə qeydiyyat

Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan “Azərbaycan Hava Yolları” na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.

AzerTimes-ın müxbiri Fərid Zöhrabov Heydər Əliyev beynəlxalq hava limanında çəkdiyi kadrı tam əminliklə günün fotosu adlandırmaq olar.

30 illik işğaldan sonra işğaldan azad olunan torpaqlara sərnişin təyyarəsinin enməsi, qısa zamanda hava limanın sürətlə tikilməsi Prezident İlham Əliyevin tikinti işlərinə birbaşa nəzarəti sayəsində mümkün olmuşdur. Bu hava limanı Qarabağa hava qapısı olacaq.

Qarabağ Böyük Qayıdış artıq regionun yeni reallığıdır.

Teqlər: