Qeyri-fars Millətlər Cəbhəsi Aprelin 27-də Brüsseldə konfrans keçirəcək. İranda yaşayan millətlərin istəkləri və onların fars rejiminə qarşı mübarizələri baradə Avropa Parlamentinin rəsmiləri ilə müzakirələr nəzərdə tutulub.
Bu sözləri AzerTimes-a Qeyri-fars Millətlər Cəbhəsinin sədri Saleh İldırım deyib.
O bildirib ki, konfransda İranda hazırki rejimin çöküşündən sonra qurulacaq sistemin planı açıqlanacaq:
“32 maddədən ibarət geniş platforma hazırlanıb. Platformaya qoşulan 11 partiyadan 3-ü Azərbaycan təşkilatıdır. Bu proqramda İran İslam Respublikasının çöküşü, onun ardından yaranacaq müvəqqəti dövlətlərin təşkili ətraflı şəkildə izah olunub. Beynəlxalq qurumların nəzarəti ilə seçkilərin keçirilməsi prosesi, nəticələr və büdcənin düzgün paylaşılması kimi məsələlər də sənəddə öz əksini tapıb. Onu orada açıqlayacayıq. Bu platformaya cəhbə xaricində digər xalqların istiqlalçı partiyalarının nümayəndələri də imza atıblar”.