Təbrizdə yaşayan gənc sənətçi və milli fəal Ramin Behzad barəsində Təbriz Cəza Məhkəməsinin 112-ci bölməsi tərəfindən hökm çıxarılıb.
AzerTimes xəbər verir ki, o, 1 il həbs və 60 şallaq zərbəsi cəzasına məhkum edilib.
24 sentyabrda Təbruz Hava Qüvvələri kazarmasında hərbi xidmətdə olarkən həbs edilın fəal “ictimai asayişi pozmaq”da günahlandırılır.
Qeyd edək ki, Ramin Behzad bundan əvvəl də milli fəaliyyətlərinə görə saxlanılıb və həbs cəzası alıb.