Güneyli sənətçinin məhkəməsi keçirildi

Güneyli sənətçinin məhkəməsi keçirildi

Milli-mədəni fəal və sənətçi Məhəmmədrza Amani Nadarlının (Araz) Şərqi Azərbaycan əyalətinin Şəbüstər şəhərində məhkəməsi olub.

AzerTimes xəbər verir ki, bu barədə sosial media fəalları məlumat paylaşıblar.

Məlumata görə, Azərbaycan rəqsi müəlliminə qarşı “İran İslam Respublikasına müxalif olan qrup və təşkilatların xeyrinə təbliğat” ittihamı irəli sürülüb.

Qeyd edək ki, “Mişoc Qartalları” mədəniyyət dərnəyinin məsulu olan Məhəmmədrza Amani bundan əvvəl mayın 21-də həbs edilib. Ardınca iyunun 10-da girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Onun barəsində son qərarın yaxın günlərdə elan ediləcəyi bildirilib.

Teqlər: