Əslən Güney Azərbaycanın Təbriz şəhərindən olan və hazırda Bakıda yaşayıb-yaradan tanınmış şair Ümid Nəccari Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina etdiyini açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə tanınmış şair özünün sosial şəbəkə hesabında bildirib.
O bildirib ki, azad ədəbiyyat naminə və yaradıcılıq həytının hörmətinə, ədalətsizliklərdən uzaq durmaq üçün qurumun üzvülüyündən uzaqlaşır:
“Eləcə də bir çox səbəblərə görə mən güneyli şair, yazıçı, tərcüməçi Ümid Nəccari Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlüyündən imtina edirəm!”