İyunun 9-dan 24-ə kimi İstanbulda Güney azərbaycanlı rəssam Reyhan Cabbarinin rəsm sərgisi keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, sərgidə rəssamın 35 əsəri nümayiş olunacaq.
Qeyd edək ki, karyerasını təkmilləşdirmək üçün 2015-ci ildə İstanbula gedən Reyhan Cabbari rəssamlıq, fotoqrafiya, memarlıq və dizayn kimi sənət sahələrində çalışır.