Güney azərbaycanlı müəllim Sara Məlikan Tehranın “Əmir Kəbir” Universitetindən qovulub.
AzerTimes xəbər verir ki, bu barədə İran Müəllimlər Birliyi məlumat yayıb.
Bildirilib ki, o, narazı müəllim və tələbələrin repressiyalarına qarşı çıxdığına görə cəzalandırılıb.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən çox sayda müəllim universitetlərdən qovulub.
Onların bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.