ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanılan milli fəal Cavad Sudbər aclıq aksiyası keçirir.
AzerTimesxəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Bildirilib ki, o, hüquqlarının pozulmasına, barəsində ittiham irəli sürülmədən qeyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.
Qeyd edək ki, Cavad Sudbər 3 ay əvvəl bir neçə milli fəalla birlikdə həbs edilib.