Güney Azərbaycan və İranda yaşayan qeyri-fars xalqların nümayəndələri sosial mediada Şərqi və Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində həbs edilən azərbaycanlı milli məhbuslar üçün dəstək kampaniyası keçirirlər.
AzerTimes xəbər verir ki, bu barədə sosial mediada paylaşımlar edilib.
“Səsimizə səs olun” adı altında keçirilən kampaniyaya qoşulan minlərlə fəal qısa video-müraciətlər paylaşaraq, azərbaycanlı milli fəalların qanunsuz saxlanıldıqlarını deyir, onların sərbəst buraxılmalarını tələb edirlər.
Bir neçə gün əvvəl başladılan kampaniya geniş əks-səda doğurduğu üçün xarici media və xaricdə fəaliyyət göstərən İrana müxalif xəbər agentlikləri tərəfindən işıqlandırılıb, televiziya kanallarının da manşetinə çıxarılıb.
Qeyd edək ki, Yürüş Mehrəlibəyli, Muxtar İbrahimi, Əsgər Fərəci, İbrahim Rəşidi, Əli Rzayi, Saleh Molla Abbasi, Mahmud Ocaqlı, Əli Rəzizadə, Pejman İslami, Səhənd Nurməhəmmədzadə, Məhəmməd Məliki, Milad Azmun, Pərviz Siyabi, Armita Pavir, Milad Cəlili, Fərzanə Qarahəsənli, Həmid Qarahəsənli, Əhmədrza Cəlali və başqa bir neçə azərbaycanlı fəal həbsdədir.