Güneyli idmançıya ağır həbs cəzası verildi

Güneyli idmançıya ağır həbs cəzası verildi

Tehranın İnqilab Məhkəməsi güneyli idmançı Səhənd Nurməhəmmədzadəni 6 il həbs, 10 il sürgün və 74 şallaq cəzasına məhkum edib.

AzerTimes xəbər verir ki, bu barədə onun atası Cəfər Nurməhəmmədzadə məlumat yayıb.

Etiraz aksiyalarında zibil qutularını yandıraraq yolu bağlamaqda və ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılan 26 yaşlı Səhənd Nurməhəmmədzadə “müharibə” ittihamı ilə edama məhkum edilib.

O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü azadlıqdan məhrumetmə cəzası ilə dəyişdirilib.

Teqlər: