Hazırda Tehranın Qızılhisar həbsxanasında saxlanılan güneyli idmançı Səhənd Nurməhəmmədzadə 10 illik həbs cəzasını çəkmək üçün Kirman şəhərinin Kəhnuc həbsxanasına köçürülür.
AzerTimes xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
“Səhənddən avqustun 8-də Kirman həbsxanasına köçürülməsi üçün əşyalarını toplaması istənilib”,- məlumatda qeyd edilib.
Əslən azərbaycanlı olan Səhənd Nurməhəmmədzadə 2022-ci il oktyabrın 4-də Tehran şəhərində həbs edilib. Dekabrın 3-də barəsində edam hökmü çıxarılsa da, sonradan 10 il həbs cəzası ilə dəyişdirilib.