Güneyli idmançı həbs olundu

Güneyli idmançı həbs olundu

Güney azərbaycanlı boksçu Ümid Mustafazadə həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Onların sözlərinə görə, tanınmış boksçu avqustun 22-də Təbrizin Səhənd stadionunun qarşısında saxlanılıb.

Təhlükəsizlik məmurları tərəfindən həbs edilən idmançının Təbriz həbsxanasına köçürüldüyü bildirilib.

Onun nədə ittiham olunduğu barədə məlumat verilməyib. İdmançının Urmiya gölü aksiyaları ilə bağlı saxlanıldığı ehtimal olunur.

Bundan öncə Ümid Mustafazadə Türkiyədə keçirilən beynəlxalq boks yarışında ekoloji problemə diqqət cəlb etmək üçün Urmiya gölünün fotosu olan bannerlə rinqə çıxmışdı.

Teqlər: