Güneyli fəallar polis idarələrinə çağırılır

Güneyli fəallar polis idarələrinə çağırılır

Son iki gün ərzində Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda yaşayan onlarla milli-mədəni fəal təhlükəsizlik idarələrinə çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə fəalların yaxınları məlumat yayıblar.

Məlumata görə, Təbriz, Ərdəbil, Urmiya, Xiyav, Marağa, Tehran və başqa şəhərlərin təhlükəsizlik məmurları fəallara zəng edərək onlardan bir sıra sualları cavablandırmaq üçün idarələrə getmələrini tələb ediblər.

Həbs həyatı yaşamış, hazırda isə azadlıqda olan milli fəalların bir çoxunun bu çağırışı qanunsuz adlandıraraq idarələrə getməkdən imtina etdiyi bildirilir.

Teqlər: