Güneyli fəalın evinə basqın edildi

Güneyli fəalın evinə basqın edildi

Güney Azərbaycanın milli fəallarından olan Məhəmməd Hacılı İran təhlükəsizlik qüvvələri tərəfindən atasının evinə basqın etməklə saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat verib.

Milli fəalın harada olması, eləcə də ona qarşı irəli sürülən ittihamlar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, ötən həftə Güney Azərbaycanın Xoy şəhərində keçirilən etiraz aksiyaları zamanı 30-dan çox azərbaycanlı fəal həbs olunub.

Teqlər: