Sən nə gözəl, nə böyüksən, uca millətim. Qanunsuz aparılan qazıntıları, sülhməramlıdan çox erməniməramlı əsgərləri dayandıran xalqım sülh müqaviləsinin şərtlərini yerinə yetirməyi tələb edir və sivil şəkildə də olsa, Vətənin keşiyini çəkir. Qürur duyuram. Bütün Azərbaycan xalqı sizinlədir. Birliyimiz diriliyimizdir
AzerTimes xəbər verir ki, bunu çimərlik güləşi üzrə millimizin güneyli baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Nəzəriani 44 günlük Vətən müharibəsində qadını, kişisi, qocası, cavanı ilə bütün dünya azərbaycanlılarının bir yumruq olduğunu dosta da, düşmənə də göstərdiyimizi bildirib.