Güneyli aşığa Gəncədə fəxri medal verildi

Güneyli aşığa Gəncədə fəxri medal verildi

7-8 ay bundan öncə mənə zəng edib, medal verəcəklərini demişdilər və təqdimatı tədbirlərin birində olmalı idi. Bu yaxınlarda Gəncəyə dəvət olundum. Orada məni təltif etdilər.

Bu sözləri AzerTimes-a tanınmış güneyli aşıq və “Dalğa” qrupunun rəhbəri Çingiz Mehdipur ona təqdim edilən medal haqqında məlumat verərkən deyib:

“Zərifə xanım Əliyevanın 100 illiyi ilə bağlı tədbir təşkil olunmuşdu. Bir çoxları təltif olundu. Mənə isə “Üzeyir Hacıbəyov” fəxri medalı təqdim olundu. Bu medal dahi Azərbaycan bəstəkarı Üzeyir bəyin adını daşıyır və birinci dərəcəli medaldır. Təqdimatdan sonra bir neçə xalq mahnısı da ifa etdim”.

Tanınmış aşıq yeni layihələr üzərində işlədiyini bildirib:

“Yeniliklər var, lakin vaxtı çatanda açıqlama versəm yaxşıdır. Onu deyə bilərəm ki, yaxın zamanlarda bir konsertimiz olacaq”.

Teqlər: