Güneylə bağlı iş şansı əldən verdik…

Güneylə bağlı iş şansı əldən verdik…

Bu günə kimi Güney Azərbaycandan bir gənci yetişdirə bilməmişik. Bir güneyli gəncə burada təhsil verilmədi. Halbuki dünyanın hər yerindən Bakıya gəlib təhsil alanlar oldu.

AzerTimes xəbər verir ki, bu sözləri xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayında deyib.

O bildirib ki, bu işə dövlət səviyyəsində dəstək verilmədi:

“İndi Prezidentin son çıxışından sonra bir kampaniya başladılıb. Düşünürəm ki, Yazıçılar Birliyi Güney Azərbaycanla iş istiqamətində çox işlər görə bilərdi. Amma bu şans əldən verilib. Bu yöndə qarşımızda duran böyük vəzifələr var”.

Teqlər: